16:06 - 13.02.2023
13 fevral, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 185 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 121 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 56 milyard 212,1 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 41 milyard 672,2 milyon dollarını və ya 74,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 14 milyard 539,9 milyon dollarını (25,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 27 milyard 132,3 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 57,7 faiz, real ifadədə 6,4 faiz, o cümlədən ixrac 8,7 faiz, idxal isə 1,7 faiz artıb.
Müəllif: Elmir Murad
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026