15:39 - 10.02.2023
10 fevral, Fineko/abc.az. 2023-cü ilin yanvar ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz yüksəlib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma işıq lampalarının, sintetik yuyuсu vasitələrin, diş pastalarının, sabunların, şampunların, dərman vasitələrindən analginin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, yağlı boyaların, sementin və yazı kağızlarının qiymətlərində müşahidə olunub.
Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2023-cü ilin yanvar ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz artıb.
Cari ilin yanvar ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox bahalaşma mobil telefonlarla danışıq haqlarında, məişət cihazları, minik avtomobilləri və mənzillərin təmiri, stomatoloji, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026