09:00 - 24.01.2023
24 yanvar, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarətdə neftin etalon markalarının qiymətləri cüzi dəyişir.
London İCE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin dəyəri saat 08:55-də $0,03 (0,03%) azalaraq bir barelə $88,16-a düşüb. Yanvarın 23-də Brent markalı neftin mart ayı üçün fyuçersləri $0,56 (0,64%) artaraq bir barelə $88,19-a çatıb.
Saat 08:55-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin mart fyuçerslərinin dəyəri $0,09 (0,11%) artaraq bir barelə $81,71-a yüksəldi. 23 yanvar ticarətinin nəticələrinə görə, WTI neftinin mart fyuçerslərinin qiyməti $0,02 (0,03%) azalaraq bir barelə $81,62-a düşüb.
25 Avqust 2026