16:34 - 16.01.2023
16 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev qeyd edib ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqaenerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdən çoxdur.
“Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Bu rəqəm artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”, - deyə İlham Əliyev vurğulayıb.
25 Avqust 2026