Ötən il Azərbaycandan 26,3 milyon ton neft ixraca nəql olunub

16:38 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. Hesabat dövründə yəni, ötən il 26,3 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub.

ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunun 24,9 milyon tona yaxını konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 1 yanvar 2023-cü il tarixinədək 607 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib.

“Azəri-Çıraq-Günəşli”dən 567 milyon ton neft, “Şahdəniz”dən isə 40 milyon ton kondensat çıxarılıb.

Bundan 1 yanvar 2023-cü il tarixinədək 605 milyon tondan çox ixraca nəql edilib. 2022-ci il ərzində ölkədə neftin emalı 6,2 milyon ton təşkil edib.