Hazırda Azərbaycanda olan 85 min maşının yaşı 5 ilə qədərdir – Nazir müşaviri

12:23 - 13.01.2023


13 yanvar, Fineko/abc.az. "Hazırda Azərbaycanda olan 85 min maşının yaşı 5 ilə qədərdir. 80 faizdən çox avtomobilin yaşı isə 10 ildən çoxdur".

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib.

Müşavir bildirib ki, avtomobillərin 7-8 %-nin yaşı isə 40 ildən çoxdur: "Bu tendensiya ildən-ilə artmağa davam edir. Ona görə də yeni avtomobillərin alınması məqsədəuyğundur. Hətta bu ildən başlayaraq hibrid və elektriklə işləyən avtomobillərin gömrük rüsumundan azad edilməsi ekoloji təmiz avtomobillərdən istifadənin artımına təsir edəcək".