Hindistan Yaponiyanı bu məsələdə geridə qoydu

12:27 - 10.01.2023


10 yanvar, Fineko/abc.az. Hindistan ilk dəfə Yaponiyanı keçərək Çin və ABŞ-dan sonra dünyanın üçüncü ən böyük avtomobil bazarına çevrilib.

ABC.AZ xəbər verir ki, bu barədə Hindistan Avtomobil İstehsalçıları Cəmiyyəti (SIAM) məlumat yayıb.

SIAM-a görə, 2022-ci ildə Hindistanda minik avtomobilləri və kommersiya avtomobilləri də daxil olmaqla 4,25 milyon ədəd avtomobil satılıb.

Cənubi Asiya respublikasında avtomobil satışlarının artımı təmin edilməmiş tələbatın ödənilməsi və avtomobil istehsalçıları tərəfindən istehsalın artırılması hesabına əldə edilib.

Çində avtomobil satışları 2022-ci ildə 1,7% artaraq 26,75 milyon ədədə, ABŞ-da isə illik müqayisədə 7,8% azalaraq 13,89 milyon ədədə çatıb. Yaponiya nəşri Nikkei tərəfindən dərc edilən ilkin məlumatlara görə, Yaponiyada avtomobil satışları ötən il 2021-ci ilə nisbətən 5,6% azalaraq 4,2 milyon ədədə düşüb.