“Chevron” şirkəti Qətərdə 6 milyard dollara zavod tikəcək

11:24 - 9.01.2023


9 yanvar, Fineko/abc.az. ABŞ-ın “Chevron” şirkəti yeni, böyük məbləğli müqavilə imzalayıb.

ABC.AZ xəbər verir ki, adıçəkilən şirkətin imzaladığı saziş “Qatar Energy” şirkəti ilə həyata keçirilib.

6 milyard dollarlıq müqavilə bağlayan şirkətlər Qətərdə təbii qazdan polietilen istehsal edən birgə zavod tikəcək.

Razılaşmaya görə, 2026-cı ildə fəaliyyətə başlayacaq zavodda ildə 2,1 milyon ton etilen, 1,7 milyon ton polietilen istehsal ediləcək.