Ötən il Türkiyə 21,2 milyard dollarlıq geyim ixrac edib

11:44 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. 2022-ci ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz artaraq 21,2 milyard dollara bərabər olub.

ABC.AZ xəbər verir ki, bu barədə “TurkicWorld”a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (dekabr 2021- dekabr 2022) Türkiyə 21,2 milyard dollar məbləğində hazır geyim ixrac edib.