11:16 - 30.12.2022
30 dekabr, Fineko/abc.az. Rusiyanın “VK”, “Yandex”, “Sberbank” və “Rostelekom” şirkətləri yeni mobil əməliyyat sistemi (ƏS) hazırlayacaq şirkət qurmaq niyyətindədirlər.
ABC.AZ xəbər verir ki, o, “Android” və “Google Mobile Services”i əvəz edə bilən platformaya əsaslanacaq.
Bildirilir ki, əsas oyunçular platformanı inkişaf etdirmək üçün bir araya gəlməyə hazırdırlar, çünki tətbiqlərinin adekvat funksionallığa malik olmasını istəyən Rusiya vətəndaşları buna ehtiyac duyurlar. “VK”, “Yandex”, “Rostelekom” məsələyə şərh verməkdən imtina ediblər.
18 Avqust 2026