14:33 - 27.12.2022
27 dekabr, Fineko/abc.az. Yanvar-noyabr aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 939 min 333 tondan çox yük daşınıb.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu yüklərin dəyəri 1 milyard 94,8 milyon ABŞ dollarıdır.
Məlumata görə, on bir ayda dəniz nəqliyyatı ilə ixrac olunan 49 min ton yükün dəyəri 59,8 milyon dollar təşkil edib.
Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 890,3 min tondan çox, dəyəri isə 1 milyard 35 milyon dollar olub.
21 Avqust 2026
21 Avqust 2026