14:00 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb.
ABC.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, polkovnik Bərzani Həsənov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur.
19 Avqust 2026
18 Avqust 2026