Azərbaycan sabit internetin sürətinə görə dünyada geriləyib

11:20 - 16.12.2022


16 dekabr, Fineko/abc.az. Bu ilin noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə irəliləyib və 34,6 MB/S sürətlə 58-ci pillədə qərarlaşıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “Speedtest Global Index”dən məlum olur.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 118-ci yerdə qərarlaşıb ki, bu da oktyabr ayı ilə müqayisədə 1 pillə geriləmədir.

Noyabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 26,95 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 180 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Çili (216,46 MB/S), sonuncu yerdə isə Kuba (1,91 MB/S) qərarlaşıb.