16:38 - 15.12.2022
15 dekabr, Fineko/abc.az. Azərbaycan hökumətinin Pakistandan düyü idxalını gömrük rüsumundan azad etməsi Pakistan düyüsünün Azərbaycana ixracını 10 dəfə artıra bilər.
ABC.AZ xəbər verir ki, bunu Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xurram Javaid Bhatti Pakistan Düyü İxracatçıları Assosiasiyasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən tədbirdə bildirib.
"Hökumətin məlum qərarı iki ölkənin ticarət dövriyyəsini artıracaq. Belə bir tədbir bu ilin martnda da keçirilmişdi. Bu gün keçirilən tədbirdən sonra ikitərəfli görüşlər olacaq, tərəflərin müqavilələr imzalamasına, anlaşmasına imkan yaradacaq", - deyə o qeyd edib.
21 Avqust 2026
19 Avqust 2026