Son 11 ayda Azərbaycanda avtomobil istehsalı kəskin azalıb - Hesabat

10:04 - 15.12.2022


15 dekabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1812 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 216 ədəd (10,7%) az minik avtomobili istehsal olunub (yığılıb).

ABC.AZ Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, minik avtomobilləri üzrə, 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 180 ədəd təşkil edib.

2022-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 8,9 faiz azalaraq 556 ədəd təşkil edib. Traktorlar üzrə, 01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 18 ədəd təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 1992 ədəd tminik avtomobili, 610 ədəd traktor yığılmışdı.

Müəllif: Elmir Murad