İran və Rusiya birgə təyyarə istehsal edə bilər

10:11 - 14.12.2022


14 dekabr, Fineko/abc.az. İran və Rusiya əməkdaşlıq edə bilərlər.

ABC.AZ xəbər verir ki, əməkdaşlıq aviasiya sahəsi üçün nəzərdə tutulub.

Məlumata görə, hər iki ölkə arasında təyyarələrin, helikopterlərin istehsalatı ilə əlaqəli böyük miqyaslı layihələr həyata keçirilə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl İranın sənaye, mədən və ticarət nazirinin müavini Mənuçöhr Manteqi 150 nəfərə qədər tutumlu təyyarələrin, “Ka-226” helikopterlərinin istehsalı sahəsində əməkdaşlığın gözlənilən olduğunu demişdi.