15:45 - 17.11.2022
17 noyabr, Fineko/abc.az. 2022-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycana 221 milyon 642 min ABŞ dolları dəyərində 124 min 997 ton bitki mənşəli yağlar idxal edilib.
Dövlət Gömrük Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bitki yağlarının idxalı 2022-ci ilin 10 ayında 2021-ci ilin 10 ayı ilə müqayisədə dəyər ifadəsilə 46 milyon 625 min dollar və ya 26,6% artıb, miqdar ifadəsilə 138 ton və ya 0,1% azalıb.
Qısası, xaricdən təxminən 47 milyon dollar daha çox valyutaya 138 ton daha az bitki yağları alınıb.
Səbəb, dünya bazarında qiymətlərin artmasıdır.
Müəllif: Elmir Murad
19 Avqust 2026
18 Avqust 2026