16:31 - 16.11.2022
16 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz 2022-ci ilin oktyabr ayında Azərbaycanda elektrik enerjisinin istehsalı 2238,6 mln. kVt·st təşkil edib.
ABC.AZ xəbər verir ki, hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı
İES-lərdə 458,4 mln. kVt·st artaraq 21 933,4 mln. kVt·st, SES-lərdə 354,5 mln. kVt·st artaraq 1 463,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,4 mln. kVt·st artaraq 291,8 mln. kVt·st olub.
Yanvar-oktyabr aylarında külək elektrik stansiyalarında 73,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 55,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 163,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
25 Avqust 2026