14:55 - 31.10.2022
31 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (163,5 milyon ABŞ dolları) birinci olub.
Bu siyahıda pambıq mahlıcı (147,1 milyon ABŞ dolları) ikinci, tomat (pomidor) (134,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
ABC.AZ xəbər verir ki, bu rəqəmlər “İxrac icmalı”nın oktyabr sayında öz əksini tapıb.
Həmin sayda bildirilir ki, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Rusiya Federasiyasına 602,2 milyon ABŞ dolları, Türkiyəyə 511,6 milyon ABŞ dolları, Gürcüstana 144,6 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 136,3 milyon ABŞ dolları və ABŞ-a isə 63,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Müəllif: Elmir Murad
21 Avqust 2026
19 Avqust 2026