Bu portala 9 ayda ilə 356,3 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub

14:25 - 31.10.2022


31 oktyabr, Fineko/abc.az. 2022-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 356,3 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər “İxrac icmalı”nın oktyabr sayında öz əksini tapıb.

Qeyd olunub ki, 2022-ci ilin sentyabr ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,1 milyon ABŞ dolları təşkil edib.

2022-ci ilin sentyabr ayında Azexport.az portalına edilən ixrac sifarişlərində alma, xurma, qoz, pomidor, qurudulmuş meyvə, kərə yağı, mühərrik yağı, tikinti materialları, aliminium ərintiləri, buğda kəpəyi, düyü, nar, fındıq və s. məhsullar üstünlük təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2022-ci ilin 30 sentyabr tarixinə kimi (69 ay ərzində) Azexport.az portalına dünyanın 145 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 3,048 milyard ABŞ dolları təşkil edib.

Müəllif: Elmir Murad