Rusiya kömürün qiymətini aşağı saldı

16:54 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Rusiya kömürünü 50-60 faiz endirimlə satır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov bildirib.

Onun sözlərinə görə, xarici məhdudiyyətlər səbəbindən Rusiyanın kömür şirkətləri 50-60% endirimlə kömür ixrac etməyə məcburdurlar:

“Lakin bu şərtlərlə belə, həmin şirkətlər rentabelliyini qoruyub saxlayırlar”.