15:16 - 14.10.2022
14 oktyabr, Fineko/abc.az. Azərbaycanda 34,4 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, qazın 10 milyard kubmetri“Azəri-Çıraq-Günəşli”dən, 18,5 milyard kubmetri “Şahdəniz”dən, 5,9 milyard kubmetri SOCAR üzrə hasil olunub.
Ötən ilin müvafiq dövrünə nisbətən 8,6 faiz, yəni 2,7 milyard kubmetr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı 16,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz çoxdur.
9 ay ərzində Avropaya 8,3 milyard kubmetr, Türkiyəyə 6,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb.
Qeyd edək ki, bu müddətdə Türkiyəyə TANAP-la 4,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
25 Avqust 2026