Bosfor boğazından keçid haqqı artırılır - Azərbaycan gəmilərinə də təsir edəcək

17:31 - 20.09.2022


20 sentyabr, Fineko/abc.az. .Türkiyə hökuməti oktyabrın 1-dən ölkənin İstanbul şəhərindəki Bosfor boğazından keçid haqqını 2 dəfə artıracaq.

ABC.AZ xəbər verir ki, bu qərar Azərbaycan gəmilərinə də aiddir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı "Report"a təsdiq edib:

"Bəli, qiymət artımı barədə bizə rəsmi bildiriş göndərilib. Əgər indiyə qədər 5 000 tonluq quru-yük gəmisi üçün 2 500 ABŞ dollarl keçid haqqı ödəyərdiksə, gələn aydan bu rəqəm 5 000 dollar olacaq".