14:26 - 13.09.2022
13 sentyabr, Fineko/abc.az. Sentyabr ayının 13-dən 14-nə keçən gecədən etibarən Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospektinin Koroğlu Rəhimov və Aşıq Molla Cümə küçələri arasında yerləşən hissəsində təmir işlərinə başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a daxil olan məlumata görə, təmir işləri yalnız gecə saatlarında icra olunacaq: “Təmir işlərinin həftəsonuna qədər (18 sentyabr) yekunlaşdırılması nəzərdə tutulur. Qeyd olunan müddət ərzində ərazidə tam deyil, qismən məhdudlaşdırma tətbiq olunacaq".
21 Avqust 2026
21 Avqust 2026