16:22 - 31.05.2018
31 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.
"31 may 2018-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Valyuta hərracının yekununda orta ölçülmüş məzənnə bir dollara 1,7000 manat səviyyəsində formalaşmışdır", - məlumatda belə deyilir.
Mayın 29-da keçirilmiş əvvəlki valyuta hərracında orta ölçülmüş məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.