Kanada hökuməti Ukraynaya qaz pulu verəcək

16:55 - 18.08.2022


18 avqust, Fineko/abc.az. Ukrayna qazın alınması üçün Kanadadan 450 milyon Kanada dolları (348 milyon dollar) yardım alacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıxal “Twitter” səhifəsində yazıb.

Məlumatlara görə, Ukrayna anbarlarının ehtiyatları bufer qazı da daxil olmaqla 12,5 milyard kubmetr təşkil edir. Eyni zamanda hökumət “Naftoqaz Ukraini”yə istilik mövsümünə qədər 19 milyard kubmetr ehtiyat toplamaq tapşırıb.