Azərbaycanın 2 yatağdan əldə etdiyi gəliri açıqlanıb

17:10 - 20.07.2022


20 iyul, Fineko/abc.az. 1 iyul 2022-ci il tarixinə Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

ABC.AZ xəbər verir ki, AÇG yatağından - (01.01.2022 - 01.07.2022 tarixinə) 4 871 mln. ABŞ dolları əldə edilib.

Sözügedən dövrdə Şahdəniz yatağından (qaz və kondensat) isə 633,256 mln. ABŞ dolları gəlir götürülüb.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər (01.01.2022-01.07.2022 tarixinə): 219,357 mln. ABŞ dolları təşkil edib.