16:12 - 14.07.2022
14 iyul, Fineko/abc.az. Elektrik enerjisinə dair operativ məlumatlara əsasən, 2022-ci ilin yanvar-iyun aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 315,6 mln.kVt·st, yəni 2,3 faiz artaraq 13520,5 mln. kVt·st olub.
Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, hesabat dövründə ötən ilin 6 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 110,3 mln. kVt·st artaraq 12357,8 mln. kVt·st təşkil edib.
Yanvar-iyun aylarında SES-lər də daxil olmaqla digər bərpa olunan enerji mənbələrindən (KES,GES, BMTZ) 205,3 mln. kVt·st, yaxud 21,4 faiz artımla 1162,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Elektrik enerjisi istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə SES-lərdə 199,3 mln. kVt·st artaraq 970,6 mln. kVt·st, digər mənbələr üzrə isə 6,0 mln. kVt·st artaraq 192,1 mln. kVt·st olub. Külək elektrik stansiyalarında 46,8 mln. kVt·st, günəş elektrik stansiyalarında 30,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTZ) isə 114,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026