17:27 - 13.07.2022
13 iyul, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki kimya sənayesi üzrə fəaliyyətdə olan törəmə şirkəti “Petkim Petrokimya Holdinq A.Ş”nin 2021-ci ildə gəlirlərini kəskin artırıb.
ABC.AZ xəbər verir ki, hesabat ilində 5 milyard 639 milyon manat ekvivalentində gəlir əldə edib. Bu da illik müqayisədə 91% artımdır.
Satışın maya dəyəri isə 4 milyard 385 milyon manat olub ki, bu da öncəki ildən 75% artımdır. Beləliklə, “Petkim” 2021-ci ildə 935 milyon manat ekvivalentində xalis mənfəətlə ili başa vurub. Öncəki ildə 205 milyon manat ekvivalentində xalis mənfəət əldə etmişdi.
21 Avqust 2026
21 Avqust 2026