10:03 - 8.07.2022
8 iyul, Fineko/abc.az. 31 Dekbar 2021-ci il tarixinə SOCAR-ın ümumi borcları 21 milyard 366 milyon manat təşkil edib.
ABC.AZ Şirkətin hesabatına istinadən xəbər verir ki, 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ildə SOCAR-ın cəmi borcu 4 milyard 237 milyon manat və ya 24,7% artıb.
31 Dekbar 2020-ci il tarixində SOCAR-ın ümumi borcları 17 milyard 129 milyon maant təşkil etmişdi.
SOCAR-ın 21 milyard 366 milyon manat borclarının 15 milyard 501 milyon manatını uzunmüddətli, 5 milyard 865 milyon manatını qısamüddətli borclar təşkil edib. Qısamüddətli borclar 2022-ci ilin sonunadək ödənilməlidir.
Uzunmüddətli borcların son ödəniş tarixləri 2023-2030-cu illərdədir.
21 Avqust 2026
21 Avqust 2026