AAYDA-da əməliyyat keçirildi - Şöbə rəosi saxlanıldı

16:20 - 21.06.2022


21 iyun, Fineko/abc.az. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

ABC.AZ Qafqazinfo-ya istinadən xəbər verir ki, İdarənin əməliyyat qrupu Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də əməliyyat-axtarış tədbirləri aparıb.

Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanıldığı bildirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən əməliyyatın keçirilməsi barədə məlumatı saytımıza təsdiq ediblər. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.