Dövlət Turizm Agentliyi bu şirkətə 4 milyon manatdan çox pul ödəyəcək

12:22 - 2.06.2022


2 iyun, Fineko/abc.az. Dövlət Turizm Agentliyi bir müddət əvvəl elan etdiyi tenderə yekun vurub.

ABC.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tender bu il turizm sahəsində təbliğat xarakterli materialların, eləcə də turizm məhsullarının hazırlanması və xidmətlərinin satın alınması ilə bağlı idi.

Agentlik qalib olaraq “Max Print” MMC-ni seçib. Qalib şirkətə 4,048 milyon manat ödəniləcək.

Müəllif: Elmir Murad