Azərbaycanda hotellər qonaqlardan onlayn rəy qəbul edəcək

10:06 - 22.07.2026


22 iyul, Fineko/abc.az. Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu yerli hotellərdə qalan şəxslərdən onlayn rəy qəbul edəcək.

Bununla bağlı Büro hazırlıqlara başlayıb.

Qurum hotellərin auditi ilə bağlı qonaq rəylərinin onlayn platforma üzərindən idarə olunmasını planlaşdırlır. Platforma Almaniyanın "TrustYou GmbH" şirkətinin dəstəyi ilə yaradılacaq və bunun üçün 14,4 min manat ödəniləcək.