14:17 - 27.07.2026
27 iyul, Fineko/abc.az. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilən gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azalaraq 1 milyon 807,9 min təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gecələmələrin 58,8%-i Bakının, 5,9%-i Qusarın, 5,5%-i Naftalanın, 3,4%-i Qəbələnin, 3,1%-i Qubanın, 3,0%-i Lənkəranın, 2,1%-i Xaçmazın, 1,9%-i Gəncənin, 1,8%-i Şuşanın, 1,5%-i Şamaxının, 1,2%-i Naxçıvan Muxtar Respublikasının, 1,1%-i Şabranın, 1,1%-i Masallının, qalan 9,6%-i isə digər şəhər və rayonların payına düşüb.
Hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin sayı 10,3% azalaraq 1 milyon 69,8 min olub və ümumi gecələmələrin 59,2%-ni təşkil edib. Xarici qonaqlar arasında ən böyük pay Türkiyə (14,1%), Rusiya (13,0%), Hindistan (7,1%), İsrail (6,9%), Səudiyyə Ərəbistanı və Çin (hər biri 4,6%) vətəndaşlarının olub. Azərbaycan vətəndaşlarının gecələmələrinin sayı isə 738,1 minə çataraq ümumi göstəricinin 40,8%-ni təşkil edib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026