Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür - İlham Əliyev

17:32 - 1.06.2022


1 iyun, Fineko/abc.az. Prezident İlham Əliyev “Şahdəniz”lə yanaşı, digər yataqların da çox perspektivli olduğunu diqqətə çatdırıb.

ABC.AZ xəbər verir ki, Prezident gələn il onların bəzilərində hasilatın başlayacağını və bu, enerji təhlükəsizliyinə mühüm töhfə olacağını qeyd edib.

“Xüsusən də, indiki dövrə gəldikdə, Azərbaycanın karbohidrogenlərinə olan tələbat heç zaman görünmədiyi kimi böyükdür. Məsuliyyətli ölkə kimi biz bunu nəzərə alırıq və müxtəlif səbəblərə görə çətinliklərlə üzləşən ölkələri dəstəkləməyə çalışırıq. Hazırda, Azərbaycanın müvafiq strukturları sayı artan ölkələrlə daim təmasdadır”, - deyə dövlət başçısı əlavə edib.