15:04 - 1.06.2022
1 iyun, Fineko/abc.az. İstanbul Ticarət Palatası (İTO) may ayının qiymət indekslərini açıqlayıb.
ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda pərakəndə satış qiymətləri may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 87,35% artıb.
Məlumata görə, bu artım 1998-ci ildən bəri ən yüksək artımdır. Qiymətlər aprel ayı ilə müqayisədə isə 5,84% artıb. Ötən ayda illik topdansatış qiymətləri 79,12%, aylıq müqayisədə isə 5,76% yüksəlib.
Müəllif: Elmir Murad
14 Avqust 2026