Qazprom iki ölkəyə qaz ixracını dayandırdı

11:39 - 1.06.2022


1 iyun, Fineko/abc.az. Rusiyanın “Qazprom” şirkəti Almaniyanın “Shell Energy Europe Limited” və Danimarkanın “Orsted” şirkətlərinə qaz ixracnı dayandırıb.

ABC.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, ixracın dayandırılmasının hansı tarixə qədər çəkəcəyi hələlik bilinmir. Belə ki, 2021-ci ildə “Qazprom Export” “Orsted”ə 1,97 milyard kubmetr qaz göndərib.

Bu da Danimarkada ümumi istehlakın təxminən 2/3 hissəsidir. “Shell Energy Europe” ilə müqavilə Almaniyaya ildə 1,2 milyard kubmetrə qədər tədarükü nəzərdə tutur.

Müəllif: Elmir Murad