"Lukoyl"a yeni prezident gətirildi

17:30 - 31.05.2022


31 may, Fineko/abc.az. Rusiyanın ən böyük özəl neft şirkəti "Lukoyl"un təsisçisi Vahid Ələkbərov şirkətin prezidenti vəzifəsində 30 ilə yaxın işlədikdən sonra tərk etmişdi.

ABC.AZ xəbər verir ki, səhmdarlar növbədənkənar yığıncaqda Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarı təsdiqləyiblər.

Həmçinin səhmdarlar, yeni prezident kimi “Lukoyl”un birinci icraçı vitse-prezidenti vəzifəsində çalışmış Vadim Vorobyovu təsdiq ediblər.