Son 4 ayda ixracımız 11,8 mlrd. ABŞ dolları təşkil edib - Hesabat

12:19 - 31.05.2022


31 may, Fineko/abc.az. “İxrac İcmalı”nın may sayı təqdim olunub.

ABC.AZ xəbər verir ki, “İxrac icmalı”nın may sayına əsasən, 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 mln. ABŞ dolları təşkil edib.

Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb.

2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 23,6% artaraq 162,6 milyon ABŞ dolları təşkil edib.

Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8% artıb.

Müəllif: Elmir Murad