10:28 - 31.05.2022
31 may, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) liderləri Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlayıb.
O qeyd edib ki, bu, Rusiyadan neft idxalına qadağa qoymağa imkan verəcək: “İndiki mərhələdə sanksiyalar Rusiyadan neft idxalının 75%-nə şamil olunacaq. İlin sonuna qədər isə qadağa Avropaya idxal edilən Rusiya neftinin 90%-nə qoyulacaq”.
Bununla yanaşı, sözügedən altıncı paketə Rusiyanın “Sberbank” bankının “SWIFT”dən ayrılması da daxildir.
21 Avqust 2026
21 Avqust 2026