11:08 - 18.05.2022
18 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi 2020-ci ildə AZAL böyük zərər edib.
ABC.AZ-ın məlumatına görə, AZAL-ın zərər etməsinin əsas səbəbləri yüksək əməliyyat və maliyyə xərcləridir.
2020-ci ildə AZAL-ın əməliyyat xərcləri 540 milyon 149 min manat, maliyyə xərcləri isə 83 milyon 966 min manat təşkil edib. 2020-ci ildə AZAL hökumətdən COVİD-19 ilə əlaqədar olaraq 232 milyon 82 min manat subsidiya alıb.
Covid-19 ilə əlaqədar hökumətdən alınmış subsidiyanın, maliyyə və mənfəət vergisi xərclərinin azalması hesabına AZAL-ın xalis mənfəəti cüzi azalıb.
Müəllif: Elmir Murad
26 Avqust 2026
26 Avqust 2026
25 Avqust 2026