"Azeri Light" nefti 91,93 dollara düşüb

10:16 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan xam neftinin 1 barelinin qiyməti 3,2 ABŞ dolları və ya 3,36% geriləyərək 91,93 dollara düşüb.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi minimal qiyməti 2020-ci ilin aprelində (15,81 dollar), maksimum qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.