Ərəb nazir enerji qiymətlərinin bahalaşmasını şərh edib

15:38 - 10.05.2022


10 may, Fineko/abc.az. Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman enerji qiymətlərindəki kəskin artımı şərh edib.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, Əbu-Dabidə keçirilən konfransda çıxış edən nazir enerji qiymətlərinin kəskin bahalaşmasını nəzərdə tutaraq, “Mən əvvəllər belə bir şey görməmişdim” deyib.

Nazirin bu açıqlamaları ABŞ-da benzinin qiymətinin rekord qırdığı günə təsadüf edib.

Nazir dünən bildirib ki, enerji sektoruna qlobal investisiyalar azalıb və bu vəziyyət yanacağın qiymətini artırıb.