12:29 - 6.05.2022
6 may, Fineko/abc.az. Cari ilin 1-ci rübündə daxili bazara satılan karbamidin həcmi 3.24 dəfə, ixrac həcmləri isə 8 dəfə artıb.
ABC.AZ bu barədə SOCAR-a istinadən xəbər verir.
SOCAR-ın məlumatına əsasən, ixracda TOP 5 ölkə sıralaması belədir: Braziliya, Türkiyə, Moldova, Bolqarıstan, Hindistan.
Qeyd edək ki, SOCAR-ın Karbamid zavodu ölkənin azot gübrəsi tələbatını tam həcmdə ödəyir.
Müəllif: Elmir Murad