14:37 - 27.04.2022
27 aprel, Fineko/abc.az. Mayın 18-dən 20-dək 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.
ABC.AZ-ın məlumatına görə, bu il sərgidə rekord sayda milli və regional stendlər nümayiş olunacaq.
Aşağıda qeyd olunan ölkələr kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər: Almaniya, Amerika Birləşmiş Ştatları, Belarusiya Respublikası, Böyük Britaniya, Gürcüstan, Italiya, Niderland Krallığı, Rusiya Federasiyası, Şri Lanka, Türkiyə. Bununla yanaşı Almaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Belarusiya Respublikası, Gürcüstan, İspaniya, İtaliya, Niderland Krallığı, Rusiya Federasiyası, Türkiyə kimi ölkələrdən olan şirkətlər bu il “Caspian Agro” sərgisində iştirak edəcək.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026