O hansı meyvədir ki, qiyməti hər gün bahalaşır?

10:18 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Bildiyiniz kimi bir müddətdir ki, bəzi nüansların təsirindən dünyada ərzaq və qeyri-ərzaq məhsulların qiyməti bahalaşmaqdadır. Təbii ki, burda xüsusi yeri Rusiya-Ukrayna arasındakı böhran tutur. Müharibə başlayandan hər gün ərzaqların qiyməti artmaqdadır.

ABC.AZ-ın məlumatına görə, ən çox bahalaşma banandadır.

Belə ki, əməkdaşımızın marketlərdə apardığı sorğu zamanı satıcılar bu meyvənin hər gün artdığını deyiblər.

"Hətta elə gün olur ki, 2 dəfə qiymət dəyişirik. Hər gün hansıda ərzaqın, meyvə və tərəvızin qiyməti bahalaşır, ən çox da bananın qiyməti artır. Hər gün 5 qəpik demək olar ki, artır" deyə satıcılar bildirib.

Müəllif: Elmir Murad