17:16 - 14.04.2022
14 aprel, Fineko/abc.az. Bu günə qədər Azərbaycanda 58 095 ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb.
ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hesabatında deyilir.
Məlumata görə, bu ilin yanvar-mart aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 4,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38,1 % çoxdur.
Qeyd edək ki, vergi ödəyicilərin yeni kassa aparatları ilə təmin edilməsi 2019-cu ilin 2-ci rübündən etibarən mərhələli şəkildə həyata keçirilir.
13 Avqust 2026
12 Avqust 2026
13 Avqust 2026