Dövlət sektorunda ən çox maaş bu sahədədir

10:13 - 14.04.2022


14 aprel, Fineko/abc.az. Cari ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqıları 765 matat 90 qəpik təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu 2021-ci ilin müvafiq dövrünə nisbətən 10,9 faiz artım deməkdir.

Sözügedən dövrdə əməkhaqqı neft-qaz sektorunda 2934 manat 50 qəpik, qeyri neft-qaz sektorunda 723 manat 70 qəpik təşkil edib.

Rəqəmlər sözügedən dövrdə ən çox maaşın neft-qaz sektorunda olduğunu göstərir.

Müəllif: Elmir Murad