22:21 - 4.08.2026
4 avqust, Fineko/abc.az. ABŞ Əmək Nazirliyinin açıqladığı JOLTS hesabatına əsasən, ölkədə vakansiyaların (açıq iş yerlərinin) sayı iyun ayında 178 min azalaraq 7 milyon 359 minə geriləyib və bazar gözləntilərinin (7 milyon 440 min) altında qalıb. May ayında bu göstərici 7 milyon 537 min səviyyəsində qeydə alınmışdı.
Hesabat dövründə nəqliyyat, anbar təsərrüfatı, kommunal xidmətlər və federal dövlət sektorunda açıq iş yerləri artsa da, topdan satış, davamlı olmayan malların istehsalı və mədənçıxarma sahələrində azalma müşahidə olunub. İyun ayında işə qəbul edilənlərin sayı 96 min artaraq 5 milyon 348 minə, işdən çıxan və ya ayrılanların ümumi sayı isə 91 min artaraq 5 milyon 351 minə yüksəlib.
8 Avqust 2026
8 Avqust 2026