14:28 - 11.04.2022
11 aprel, Fineko/abc.az. Mart ayında ölkəyə gələn əcnəbilərin sayı açıqlanıb.
Dövlət Turizm Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, ötən ay Azərbaycana 95 844 xarici vətəndaş gəlib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 112 faiz artım deməkdir. Belə ki, 2021-ci ilin martında ölkəyə 45 110 əcnəbi gəlmişdi.
Bu ilin birinci rübündə isə 246 277 xarici vətəndaş ölkəmizə səfər edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövrünə nisbətən 110 faiz artım olub. Belə ki, 2021-ci ilin birinci rübündə Azərbaycana 117 227 əcnəbi gəlib.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026